Dünya liderlərinin Netanyahuya verdiyi hədiyyələr geri istənildi – SƏBƏBbackend
Dünya
411

Dünya liderlərinin Netanyahuya verdiyi hədiyyələr geri istənildi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrailin keçmiş Baş naziri Benyamin Netanyahudan Trump, Obama və Putin kimi liderlərin hədiyyələrini Baş nazirin ofisinə çatdırması istənilib.
Sfera.az xəbər verir ki, bu barədə “Ma’ariv” qəzetinin köşə yazarı Ben Kaspitin sənədlər yayıb.
Bildirilir ki, baş nazirin hüquq müşaviri Şlomit Barnea Faraqo keçmiş baş nazir Netanyahudan xarici liderlərdən aldığı dövlət hədiyyələrini geri qaytarmağı xahiş etsə də, 71 yaşlı siyasətçi bu xahişə məhəl qoymayıb.
Xəbərə görə, sözügedən hədiyyələrin Baş nazirlikdə və ya siyasətçilərin rəsmi iqamətgahında nümayiş olunmasına icazə verilir, lakin Netanyahu fəaliyyət müddəti bitməsinə baxmayaraq, bu hədiyyələri geri verməyib.
Hədiyyələr arasında Golan Təpələri ilə bağlı sənəd, Trampın həyat yoldaşı Melaniya Trampın verdiyi boşqab və ABŞ-ın keçmiş prezidenti Barak Obamanın qızıl yarpaqlı şüşə qutusu var. Rusiya Prezidenti Vladimir Putin tərəfindən verilən Raşinin yazıları olan İncil də hədiyyələr arasında yer alır.
Netanyahuya baş nazir postu üçün hədiyyə verənlər arasında Almaniya kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti Nikolas Sarkozi də var.
Xatırladaq ki, Netanyahu 12 ildən sonra son seçkilərdən sonra qurulan koalisiya hökuməti səbəbiylə kreslosunu təhvil vermək məcburiyyətində qalıb.