Əfqanıstan prezidentinin qızının lüks həyatı üzə çıxdıbackend
Dünya
349

Əfqanıstan prezidentinin qızının lüks həyatı üzə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 15-də “Taliban” tərəfindən devrilən Əfqanıstan Prezidentinin qızının dəbdəbəli həyatı üzə çıxıb.

Publika.az “Sözcü”yə istinadən xəbər verir ki, Əfqanıstanın devrilmiş lideri Əşrəf Qaninin təsviri incəsənət məzunu Məryəmin Nyu-Yorkda dəbdəbəli həyat sürdüyü məlum olub.

Bu vaxta qədər bir çox sərgidə iştirak edən Məryəm Qəni, Əfqanıstandakı soydaşları ilə müqayisədə çox rahat bir həyat yaşayır.

Əfqanıstanda qadınlar “Taliban”ın geri qayıtması ilə qorxu və xaos içində yaşamasına baxmayaraq, 42 yaşlı vizual sənətçi və rejissor Məryəm Qəni Broklindəki loftunda bahalı həyat sürür.

ABŞ-da nüfuzlu qəzetlərdən biri olan “New York Post” Qəninin əsərlərinin dünyanın ən böyük qalereyalarında nümayiş olunduğunu yazıb.