Əfqanıstanda silahlı şəxslər Ukrayna təyyarəsini ələ keçiriblər.
APress.az xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Yevgeni Yenin deyib.
“Çərşənbə axşamı bizim təyyarəmizi faktiki olaraq oğurladılar. O, İrana ukraynalılar yerinə naməlum sərnişin qrupu ilə birgə uçub”, – deyə o bildirib.