Əfqanıstanda qadınlar nümayiş keçirdi – Tələblər irəli sürdülərbackend
Dünya
633

Əfqanıstanda qadınlar nümayiş keçirdi – Tələblər irəli sürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın Herat şəhərində onlarla qadın hüquqlarını qorumaq üçün nümayiş keçirib.

Sfera.az xəbər verir ki, qadınlar Əfqanıstanda qurulacaq yeni hökumətdən onların hüquqlarına hörmət etmələri tələbi ilə çıxış ediblər. Onlar “Qadını dəstəkləməyən heç bir dövlət daimi deyil”, “Tələblərimiz təhsil və bütün sahələrdə işləmək haqqıdır” şüarlarını səsləndiriblər.
“Taliban”ın mətbuat katibi Zabihullah Mücahid “New York Times” qəzetinə verdiyi açıqlamada qadın hüquqları ilə bağlı məsələyə də toxunub.
Zabihullah Mücahid üç gün və ya daha çox davam edəcək səfərlərdə qadınlara kişilərin də yoldaşlıq etməsinin vacib olduğunu söyləyib. O bildirib ki, qadınlar məktəbə, iş yerinə və ya xəstəxanaya tək gedə bilərlər. Qadınların iş həyatına qayıtmalarına icazə verəcəklərini qeyd edən “Taliban” sözçüsü bunun üçün onların başlarını örtmələrinin vacibliyini diqqətə çatdırıb.