Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak edir.
“Apress.az ”ın məlumatına görə, Əli Əsədov tədbir çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İran Prezidenti Məsud Pezeşkian, Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Pakistanın Baş naziri Şahbaz Şərif və Nigeriya Federativ Respublikasının xarici işlər naziri Yusuf Tuqqarla görüşüb.

