Əmrah Həsənli “Təhsil fəalı” medalı ilə təltif edildibackend
Təhsil
869

Əmrah Həsənli “Təhsil fəalı” medalı ilə təltif edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Təhsil Forumu” Sosial Platformasında təhsil işçiləri ilə görüş keçirilib. 

Təhsil məsələləri və ixtisas seçimi üzrə mütəxəssis Əmrah Həsənli “Təhsil Forumu”nun rəhbəri Emil Tağızadənin təsis etdiyi “Təhsil fəalı” medalı ilə təltif edilib.

APress.az  xəbər verir ki, sözügedən döş nişanı Azərbaycan Respublikası təhsil sahəsində müstəsna xidmətlər göstərən təhsil işçilərinə təqdim etmək üçün nəzərdə tutulub.

Qeyd edək ki, ölkənin ən qabaqcıl sosial platforması olan “Təhsil Forumu” respublika üzrə təhsil sektorunda mühüm xidmətləri ilə tanınır.

“Təhsil fəalı” medalı ilə təltif edilməsi münasibəti ilə gənc mütəxəssis Əmrah Həsənlini təbrik edir, fəaliyyətində uğurlar diləyirik.