Ən etibarlı işlənmiş avtomobillər hansılardır?backend
İqtisadiyyat

Ən etibarlı işlənmiş avtomobillər hansılardır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“iSeeCars” avtomobil portalı beş ildən çox işlənmiş avtomobillər arasında ən yaxşıların siyahısını açıqlayıb.

Portalın araşdırmasına görə, 11.8 il proqnozlaşdırılan istifadə dövrü ilə birinci yerdə “Honda Fit” avtomobilidir.

Siyahıda ikinci yeri 9.6 il gözlənilən istifadə müddəti ilə “Volkswagen Passat” tutur. Onun ardınca ekspertlərin təqribən 8.8 il ərzində sahibinə xidmət edəcəyini proqnozlaşdırdığı “Buick Encore” gəlir.

Ən etibarlı işlənmiş avtomobillər siyahısına, həmçinin “Kia Rio” (gözlənilən istifadə müddəti 6.9 il), “Honda Civic” (9.8 il), “Mazda 3” (9.8 il), “Mitsubishi Outlander Sport” (7.5 il), “Toyota Yaris” (7.6 il), “Toyota Corolla” (8.1 il) və “Infiniti Q50” (10.6 il) daxil edilib.

// APress.az