Energetika Nazirliyi 2024-cü ildəki fəaliyyətinə əsasən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanı arasında 71,25 faiz göstərici ilə 3-cü yerdə qərarlaşıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş təqdimat mərasimində Nazirliyə müvafiq sertifikat təqdim olunub.
Qeyd edilir ki, ötən il 67,81 faizlə 4-cü yeri tutan Energetika Nazirliyi xidmət keyfiyyətinin artırılması sahəsində atılan mühüm addımlar sayəsində ilk üçlüyə yüksəlib.
// APress.az