Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni “Gürcü arzusu” partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.
“Apress.az” xəbər verir ki, bu barədə məlumatı Gürcüstan hökuməti administrasiyasının Mətbuat xidməti yayıb.
“Ümid edirəm ki, seçkilərin nəticələri Gürcüstan xalqına və regionumuza uğur gətirəcək. Gürcü xalqının iradəsini əks etdirən seçkilərin sakit və təhlükəsiz şəraitdə keçməsi sevinc doğurur”, – deyə Türkiyə liderinin təbrik məktubunda qeyd olunub.
Xatırladaq ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası oktyabrın 26-da keçirilən seçkilərdə məntəqələrin 99,97 faizinin nəticələrinə əsasən 53,93 faiz səs toplayaraq qalib gəlib.