Erməni deputat facebook-da canlı yayım açdı – Deputatların davası niyə baş verib?backend
Siyasət
388

Erməni deputat facebook-da canlı yayım açdı – Deputatların davası niyə baş verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistan” blokundan olan deputat Aqnessa Hamoyan özünün Facebook səhifəsindən parlamentin iclas salonundan canlı  yayıma çıxaraq orada baş verənləri izləyicilərə göstərib.
Sfera.az News.am-a istinadla məlumatına görə, görüntülər böyük səs-küyə səbəb olub. Belə ki, deputatlar qışqırır və bir -birini təhqir edir. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları isə aranı sakitləşdirməyə çalışır.
Hamoyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan salonda deyil. “Həmişə olduğu kimi qaçıb”,- deyə o, canlı yayımda bildirib.
Dünənki olayın “qəhrəman”larından biri,  Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan millət vəkili Narek Qriqoryan bu gün də çox fəaldır, müxalifət nümayəndələrinə qışqıraraq, onları  təhqir edir. Aqnessa Hamoyan Narek Qriqoryanı nəzərdə tutaraq: “Orduya getməmək üçün damarlarını kəsib”,- deyə söyləyib.
Xatırladaq ki, avqustun 25-də səhər saatlarında hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Hayk Sarkisyanın çıxışı zamanı Ermənistan parlamentində vəziyyət yenidən son dərəcə gərginləşib. Sözügedən deputat vətəndaşların pul, yaxid tanışlıq müqabilində ordudan yayınmalarına vasitəçilik edən müdafiə nazirlərini xəyanətkar adlandırıb.

Bu sözlər müxalif millət vəkillərini qəzəbləndirib və onlar Sarkisyana butulka atıblar. Bundan sonra  salonda qarışıqlıq yaranıb və dava-dalaş başlayıb.