Ermənistanın Dilican (Tavuş) vilayətinin qubernatoru Hayk Qalumyan Azərbaycanla həmsərhəd rayonlardan əhalinin təxliyyəsi ilə bağlı planın yeni redaksiyasının hazırlanması barədə sərəncam imzalayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən sənəddə bu rayonlar “yaşayış üçün təhlükəli” adlandırılıb.
Sənədə görə, əhalinin həmsərhəd zonadan 10 kilometr aralıya, ölkənin iç bölgəsinə təxliyyəsi nəzərdə tutulur.