Xəbər verdiyimiz kimi, Ermənistanın yeni xarici işlər naziri təyin olunub.
Unikal.org xəbər verir ki, təyinata əsasən, Ermənistan parlamentinin sabiq spikeri Ararat Mirzoyan XİN rəhbəri olub.
Xatırladaq ki, Ermənistanın 2-ci Qarabağ müharibəsində məğlub olmasından sonra vətəndaşlar İrəvanda keçirdikləri etiraz aksiyasında Ararat Mirzoyanı döymüşdülər. Noyabrın 10-da baş verən iğtişaşlar zamanı kütlə tərəfindən linç edilən spiker ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
O, həmin vaxt Ermənistan Parlamentinin sədri vəzifəsində işləyirdi.