Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində oynadığı vasitəçilik rolunu yüksək qiymətləndirib.
Apress.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyev noyabrın 11-də Bakıda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli qəbul edərkən bildirilib.
Şarl Mişel Bakıda bu gün start götürən COP29-da iştirak etmək üçün Azərbaycana gəlib.
Dövlət başçısı vurğulayıb ki, məhz Şarl Mişelin vasitəçiliyi dövründə Ermənistanla Azərbaycan arasında danışıqlar prosesinin strukturu və vacib istiqamətlər üzrə gündəliyi formalaşıb.