Evlilik təklifi üçün yüz illik binanı bağlatdırdı: 2 milyon dollarlıq nişan üzüyü taxdıbackend
Dünya
402

Evlilik təklifi üçün yüz illik binanı bağlatdırdı: 2 milyon dollarlıq nişan üzüyü taxdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən varlı iş adamlarından biri Mahmud Abdullah Kamaninin oğlu Umar Kamanı son addımı ilə müzakirə obyekti olub.

Sfera.az bildirir ki, iş adamının oğlu bir müddətdir sevgili olduğu fələstinli model Nada Adelle ilə evlilik yolunda ilk addımlarını atıb.
Belə ki, Umar “Monte Carlo Opera” binasını bağladaraq sevgilisinə süpriz evlilik təklifi təşkil edib. O, Nadaya 2 milyon dollar dəyərində nişan üzüyü taxıb.
Əvvəlcədən hazırlıq işləri görülən binada 25 nəfərlik orkestra da olub. Eyni zamanda salon 10 minə yaxın güllərlə bəzədilib. Gəlin namizədi ona hazırlanan süpriz gecə üçün məşhur markadan 2500 dollarlıq ağ əlbisə geyinib.
Gecə ilə bağlı Nada Adelle sosial şəbəkə hesabında paylaşımlar edib. “Dünyada ən sevdiyim binada ən sevdiyim insanla. Həqiqətən sehrli gün idi”, – deyə model əlavə edib.