Flora Kərimova od püskürdü: “Bu kimi hadisələr millətin üz qarası, faciəsidir”backend
Şou
692

Flora Kərimova od püskürdü: “Bu kimi hadisələr millətin üz qarası, faciəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir”.

 

Sfera.az bildirir ki, bunu Xalq artisti, müğənni Flora Kərimova Bakıda 6 aylıq qızını boğaraq öldürən atadan danışarkən deyib.

 

İfaçı həmçinin son günlər baş verən qadın və uşaq qətllərindən söz açıb:

 

“Yaradandan qorxmadın, deyək, inancın yoxdur. Qız uşağını sevmirdin, insaniyyətini harada itirdin? Dində də, elmdə də təsdiqini tapıb ki, övladın cinsiyyəti atadan gəlir. Deyək ki, bunu bilməyəcək qədər savadsızlar hələ də var. Din xadimləri, bunu aşılayın insanlarımıza. Deyin ki, peyğəmbərimizin tək övladı qız idi. Dinimiz qız övladını necə sevib, qorumağı öyrədir. Sizləri özünə “imam” bilənlər, kitab oxumağa həvəsi və ya fürsəti olmayanlar sözünüzü eşidir. Təbliğ edin ki, dinimiz qız övladına necə dəyər verir”.

 

F.Kərimova bildirib ki, qeyd edilən məsələləri təkrar-təkrar demək din xadimlərinin borcudur:

 

“Heç kimi qınamıram. Ola bilər ki, evin kişisi ac da olsun, təhsilsiz də. Bir gün qazanar, bir gün yox. Amma kişilik sütununu, insaniyyətini, vicdanını itirmək… Vicdanı olmayan insan hər şeyə qadir olarmış. Söz tapa bilmirəm”.