Fransa prezidenti Yerevana niyə gedir? – “Makron başa düşür ki…”backend
Dünya
382

Fransa prezidenti Yerevana niyə gedir? – “Makron başa düşür ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Payız aylarında Fransa prezidenti Emanuel Makronun Ermənistana səfər edəcəyi gözlənilir. Bu barədə Fransa mətbuatında xəbər yayılıb.

 

Maraqlıdır, Makronun Ermənistana səfəri özündə nələri ehtiva edir? Nikol Paşinyan və Fransa prezidenti arasında hansı razılaşmalar və danışıqlar baş tuta bilər?

 

Mövzu ətrafıda Sfera.az-a danışan politoloq Natiq Miri Makronun Cənubi Qafqaz səfərinin mütəlif regionlarda düçar olduğu uğursuluqlardan irəli gəldiyini deyib:

 

“Makronun 2022-ci ildə Fransada keçirilən prezident seçkilərində iştirakı gözlənilir. Onun daxil siyasətdə mümkün olmayanı xarici siyasətdə reallaşdırmaq istəyi var. Bu illər ərzində heç bir geosiyasi uğura imza ata bilməyən prezidentin 2022-ci ildə prezident seçkilərində uğur qazanması şübhə doğurur. Bunu Makron və dəstəkçiləri yaxşı bilir. Bu baxımdan Makronun təkcə Ermənistana yox, Cənubi Qafqaza səfəri yeni Fransa siyasətinin tərkib hissəsi kimi uğurlu taktiki gediş sayıla bilər. Çünki artıq Suriyada, Liviyada və Aralıq dənizində məğlubiyyətə uğrayan Fransa getdikcə Şimail Afrika ölkələrində də uğursuzluğa düçar olmağa başlayıb.

 

Bütün bunları kompensasiya etmək üçün Cənubi Qafqaz səfərinə ehtiyac var. Cənubi Qafqazda Fransanın əsas müttəfiqi Ermənistandır. Çünki Fransada erməni lobbisi güclüdür və bütün seçkilərdə iştirak edən şəxslər erməni lobbisinin dəstəyini və maliyyəsini qazanmağa çalışır. Makronun da səfərini bu konteksdə dəyərləndirmək lazımdır”.

 

Politoloq Makronun Paşinyanla görüşdə kommunikasiyaların açılması məsələsinə dəstək göstərəcəyini deyib:

 

“Səfər zamanı Fransa və Ermənistan atrasında ikitərəfli ticari əlaqələr müzakirə ediləcək. Paşinyan Qarabağ kontekstində Fransadan dəstək istəyəcək. Bununla da ATƏT-in Minsk qrupu üzvlərinin Qarabağ probleminin tam həlli üçün bir araya gəlməsi məsələsi aktuallaşacaq. Bundan başqa Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşdirilməsi müzakirə olunacaq. Fransa da bildircək ki, bu məsələdə beynəlxalq hüququ əsas tutur və prosesdə beynəlxalq müşahidəçələrin iştirakı barədə fikir səsləndirəcək. Bu məsələlər kontekstində Makron kommunikasiyaların açılmasını dəstəkləyəcək”.