Fransalı milyarderin Azərbaycandakı çoxmilyonluq şirkəti LƏĞV EDİLİRbackend
Cəmiyyət
307

Fransalı milyarderin Azərbaycandakı çoxmilyonluq şirkəti LƏĞV EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın məşhur “Christian Dior Couture” brendi Azərbaycandakı şirkətini ləğv edib.

Apress.az-ın “Vergilər” qəzetindən əldə etdiyi məlumata görə, məşhur moda şirkəti ləğv edildiyini elan edib.

Şirkət kreditorlara müraciət edərək bildirib ki, iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Christian Dior Couture” əsasən “Dior” kimi tanınır və fransalı milyarder Bernard Arnault tərəfindən idarə olunur. Şirkətin Azərbaycandakı nümayəndəliyinin nizamnamə kapitalı 7.7 milyon manatdan artıqdır. Şirkətin qanuni təmsilçisi Bernard Vincent Simon Pierredir.