Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat olacaq.
“Apress.az” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 367,6 milyon manat, 2024-cü ilə nisbətən 4,1% çox olacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.