Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Şəhər sakini, 1989-cu il təvəllüdlü Anar Məmmədov tanımadığı şəxs tərəfindən mübahisə zamanı kürəyindən 2 bıçaq zərbəsi alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafidir.
Hazırda hadisəni törədən şəxsin kimliyinin müəyyən edilməsi və saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı araşdırma aparılır.(Report)