Gülpəri Bayramova Aqrar İnnovasiya Festivalında iştirak edib – FOTOLARbackend
İqtisadiyyat
739

Gülpəri Bayramova Aqrar İnnovasiya Festivalında iştirak edib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəmkir rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. “Şəmkir Aqropark”ında təşkil olunan festivalda kənd təsərrüfatı təyinatlı müxtəlif pilotsuz uçuş aparatları, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları, yeni üsullar ilə yetişdirilmiş meyvə və tərəvəz nümunələri, üzümün emal məhsulları, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir suvarma sistemləri və alternativ enerji mənbələri ilə çalışan su nasosları, heyvanlarda mövcud olan bir sıra xəstəliklərin diaqnozunun müəyyənləşdirilməsi üçün analiz testləri və çox sayda digər kənd təsərrüfatı texnikaları nümayiş etdirilib.

Festivalda “Agromix” şirkətinin də məhsulları nümayiş olunub. Bu məqsədlə Şəmkir rayonunda səfər edən “Agromix” şirkətinin təsisçisi, aqrar ekspert Gülpəri Bayramova və digər sahibkarlarla  rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev arasında görüş də baş tutub.

Festivalın əhəmiyyətindən danışan icra başçısı bu cür tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini qeyd edib. Öz növbəsində festivala göstərdikləri dəstəyə görə, icra başçısına və digər rəsmi şəxslərə minətdarlıq ifadə edən Gülpəri Bayramova qeyd edib ki, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində fəaliyyətini davam etdirəcəklər və bugünlərdə ABŞ-a baş tutacaq səfərin əsas məqsədi də məhz budur.