Gülpəri Bayramova Yasamal seçicilərilə görüşlərini davam etdirir – FOTOLARbackend
Gündəm
639

Gülpəri Bayramova Yasamal seçicilərilə görüşlərini davam etdirir – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd, Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramova seçicilərlə görüşlərini davam etdirir.

Deputatlığa namizəd bu dəfə Hüseyn Cavid prospektində olan seçicilərini ziyarət edib. Seçicilərin problemləri və təkliflərini dinləyən deputatlığa namizəd deeputat seçiləcəyi təqdirdə görəcəyi işlərlə bağlı onlara ətraflı məlumat verib. O, görüşlər zamanı seçki platforması barədə seçicilərə ətraflı məlumat verib.

Deputatlığa namizəd qeyd edib ki, parlament seçkilərinin ölkəmizin bütün ərazisində keçirilməsi olduqca qürurverici və əlamətdar hadisədir: “30 illik həsrətdən sonra torpaqlarımız işğaldan azad edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun şücayəti sayəsində tarixi Zəfər qazanmışıq. Cənab Prezident İlham Əliyev bu ilin fevral ayında inaqurasiya nitqi mərasimi zamanı bəyan etdi ki, ölkəmiz köklü islahatlar dövrünə qədəm qoyacaq. Çox qürurverici hadisədir ki, gənclərin qarşısında yol açılır. Gənclərimiz idarəetmə sisteminə gətirilir. Əminəm ki, parlamentimiz də gəncləşəcək” – Bayramova vuğulayıb.

Deputatlığa namizəd deputat seçiləcəyi təqdirdə Yasamal Təhsil Fondu, Yasamal Karyera Mərkəzi və “Təbiəti Qoruyaq” platformalarını ərsəyə gətirəcəyinə, xüsusən aztəminatlı seçicilərinin sosial problemlərinin həllinə dəstək olacaqlarını söyləyib: “Ətrafımızda olan iş adamlarını da bu məqsədlə səfərbər edəcəyik. Bu çox mütərəqqi bir təşəbbüsdür və şübhə etmirəm ki, digər regionlarımız da bundan bəhrlənəcək. Seçicilərimin ali anunverici orqanda və dövlət qurumlarında lobbiçiliyini həyata keçirəcək, onların mənafeyini qorumağa çalışacağam”.

Xatırladaq ki, 29 yaşlı deputatlığa namizəd Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədridir. Rəhbəri olduğu qurumda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Çin və digər ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Səudiyyə Ərəbistanının, Küveytin, İordaniyanın, Meksikanın,  İraqın və Qətərin Azərbaycandakı diplomatik korpuslarında səfirlərlə azərbaycanlı sahibkarların görüşünü təşkil edib.

Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən Gülpəri Bayramova Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib. Mükafat mərasimində Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və yüksək rütbəli dövlət rəsmiləri iştirak edib. “Made in Azerbaijan” brendinin təşviqindəki xidmətlərinə görə, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Kənd təsərrüfatı eksperti olaraq aqrar sektorun inkişafı ilə bağlı mətbuatda yüzlərlə məqaləsi dərc olunub. Kənd təsərrüfatı naziri və nazirlik rəsmiləri ilə görüşündə səmərələşdirici təkliflərini təqdim edib.