“Günay Bank” 2020-ci ilin son rübünü 408 min manatlıq mənfəətlə başa vurub.
“Kommersant.az” bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Günay Bank”ın cəmi aktivləri 2019-cu ilin son rübü ilə müqayisədə 29 milyon 286 min manat artaraq 245 milyon 42 min manata çatıb. Artımın əsas səbəbi bankın müçtərilərinə verdiyi xalis kreditlərin həcminin 33 milyon 195 min manat artaraq 170 milyon 654 min manaa çatmasıdır. Müştərilərə verilən kreditlərin bölgüsündə istehlak kreditləri 323 min manat azalsa da biznes kreditləri 9 milyon 730 min manat artıb. Əsas artım isə bankın ipoteka kreditlərində olub. Belə ki, bank 1 il ərzində ipoteka kreditlərini 22 milyon 543 min manat artaraq 62 milyon 437 min manata çatıb.
“Günay Bank”ın cəmi öhdəlikləri 28 milyon 585 min manat artaraq 179 milyon 965 min manata yüksəlib. Bundan başqa bankın cəmi kapitalı da 701 min manat artaraq 65 milyon 77 min manata çatıb.
“Günay Bank”ın 1 illik maliyyə göstəricilərini və müqayisəsini təqdim edirik:
Günay Bank | 2020 (IV Rüb) | 2019 (IV Rüb) | Fərq |
Cəmi Aktivlər | 245,042 | 215,756 | +29,286 |
Cəmi Öhdəlik | 179,965 | 151,380 | +28,585 |
Cəmi Kapital | 65,077 | 64,376 | +701 |
Xalis Kredit | 170,654 | 137,459 | +33,195 |
İstehlak Krediti | 2,200 | 2,523 | -323 |
Biznes Krediti | 126,227 | 116,497 | +9,730 |
İpoteka Krediti | 62,437 | 39,894 | +22,543 |
Depozit | 94,488 | 151,380 | -56,892 |
Fiziki Şəxslərin Depozitləri | 68,888 | 64,301 | +4,587 |
Hüquqi Şəxslərin Depozitləri | 25,600 | 17,267 | +8,333 |
Faiz Gəliri | 12,938 | 12,070 | +868 |
Faiz Xərci | 7,774 | 8,819 | -1,045 |
Xalis Faiz Gəliri (Zərəri) | 5,163 | 3,250 | +1,913 |
Qeyri-Faiz Gəliri | 5,650 | 8,460 | -2,810 |
Qeyri-Faiz Xərci | 8,865 | 8,369 | +496 |
Əməliyyat Mənfəəti (Zərəri) | 1,948 | 7,341 | -5,393 |
Xalis Mənfəət (Zərər) | 408 | 2,173 | -1,765 |
Mənfəət Vergisi | – | – | – |
Məcmu Kapital | 64,847 | 64,178 | +669 |