Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıbbackend
Siyasət
659

Gürcüstan müxalifəti Tbilisidə yürüşə çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın müxalifət liderləri və onların tərəfdarları noyabrın 9-da Tbilisidə yürüş keçirirlər.

Apress.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

Müxalifət liderləri və tərəfdarları “Universitet” və “Mardjanişvili” metro stansiyalarından yürüş edir. Onların tələbi yeni seçkilərin keçirilməsidir.

Aksiya iştirakçıları bildiriblər ki, əsas etiraz nümayişi Gürcüstan Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələrini elan etdiyi və parlamentin ilk iclasının toplandığı gün keçiriləcək.

Mərkəzi Seçki Komissiyası məlumatına görə, 26 oktyabr parlament seçkilərində hakim “Gürcü Arzusu” Partiyası 53,92 % səs toplayıb.

Dörd müxalifət partiyası cəmi 37,78 % səs yığa bilib. Onlardan “Dəyişiklik Koalisiyası” 11,04 %; “Vahidlik – Milli Hərəkat” 10,16 %; “Güclü Gürcüstan” 8,81 %; “Qaxariya – Gürcüstan naminə” Partiyası isə 7,77 % səs toplayıb.

Beləliklə “Gürcü Arzusu” Partiyası yenidən qələbəni təmin edib.

Prezident Salome Zurabişvili isə seçkilərin nəticələrini tanımadığını bildirib, müxalifət də parlamentin işində iştirak etməyəcəklərini bəyan edib.