Hamı ondan danışır: Məşhur müğənni də, akademik də, sahibkar da, yazarlar da – Fidan Cəbiyeva kimdir?backend
Sahibkar
2340

Hamı ondan danışır: Məşhur müğənni də, akademik də, sahibkar da, yazarlar da – Fidan Cəbiyeva kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, “Media+” İctimai Birliyinin Sosial Media Mərkəzi ilə birlikdə qadın sahibkarlar, sahəvi ekspertlər, mətbuat təmsilçiləri, ictimai fəallar arasında keçirdiyi sosioloji sorğunun nəticələrinə görə, “pandemiya sınağından uğurla çıxan qadın sahibkar” nominasiyası üzrə biznes-ledi Fidan Cəbiyeva qalib olub.

DOSYE: Fidan Cəbiyeva Azərbaycan Dövlət İqtisad Universitetini və ABŞ-ın “Reddington” Universitetini bitirib. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə baş mühasib, maliyyə direktoru işləyib. Bir müddət Londonda yaşayıb və geri döndükdən sonra irland şirkətində baş mühasib işləyib. Bu şirkət quruda və suda elektrik və kalibrasiya işlərini həyata keçirib.

Günlərin birində irland şirkəti fəaliyyətini dayandırıb. Mehriban kollektiv yeni iş axtarışındaykən Fidan Cəbiyeva gecə ilə bu şirkətin eynisini yaratmaq qərarını verir. O dövrdə bunun həyata keçirmək nə qədər çətin olsa da, kollektiv Fidan xanımın cəsarətinə və qətiyyətinə inanır və onunla birlikdə yola çıxır. Bu gün F.Cəbiyevanın rəhbəri olduğu şirkətin 15 daimi, 500 mövsümi işçisi var. SOCAR, BP və digər aparıcı müəssisələrə xidmət göstərirlər. Onun uğur hekayəsindən Avropada da bəhs edirlər. Rəhbəri olduğu şirkətin Almaniya ofisi fəaliyyət göstərir.

Məşhurlar onun uğurları, əldə etdiyi nəticələrlə bağlı təəsüratlarını mətbuata bölüşüblər.

Azərbaycan Respublikasının əməkdar artisti, populyar müğənni Rəşad İlyasov:

Fidan Cəbiyeva çox kövrək, həssas və gözəl qəbli insandır. Onunla ilk dəfə xalq artisti Aygün Səmədzadənin vasitəsilə tanış olmuşam. Çox istedadlı bəstəkardır, gözəl musiqi duyumu var. Təsadüfi deyil ki, mənim bir çox musiqilərimin bəstəsi də Fidan xanıma məxsusdur. O, musiqini təkcə qələmə almır, həm də onu yaşayır. Məhz elə buna görə də, çox gözəl xitlər ərsəyə gətirir.

Fidan xanım peşəkar iş adamıdır. Xanımların iş dünyasında böyük uğurlar əldə etməsi asan məsələ deyil. Amma əziz dostumuz nəinki bunu bacarıb, çoxlarına örnək olacaq bir tale yaşayıb. Çox fəxr edirəm, qürur duyuram ki, belə bir insanı tanımışam. Fidan xanım xeyriyyəçidir, amma etdiyi yaxşılıqları gizli saxlayır. Necə deyirlər sağ əlin verdiyindən sol əlin xəbəri olmamalıdır. O, bu mükafata, bundan da artıq mükafatlara layiqdir. Onu seçənlərə təşəkkür edirəm ki, belə bir layiqli insana səs veriblər.

BDU-nun Tətbiqi Riyaziyyat İnsitutunun direktoru, akademik Fikrət Əliyev:

Fida Cəbiyeva ilə şəxsi münasibətlərimiz olmasa da, onu yaxından izləyirəm. Son dəfə barəsində dərc olunan yazını oxudum. Biz riyaziyyatçıyıq və hər şeyin bir alqoritmi olduğunun fərqindəyik. Fidan xanımın alqoritmi onun özünə inamı, cəsarəti və qətiyyətidir. Bu hər adama nəsib olmur. Təkcə bu keyfiyyətlərlə yürümək, uğur qazanmaq yalnız fitri istedadı olan insanlara məxsusdur.

Onun müsahibə zamanı söylədiyi fikirlər ibrətamizdir. “Həyatda hər bir hadisə üç mərhələnin fonunda baş verir” misalı onun peşəkarlığından, istedadından və yüksək səviyyəli təhsilindən xəbər verir. Bildiyimiz qədər o, ABŞ-da universitet bitirib. Belə xanımlarımızla fəxr edirik. Sonda qeyd edim ki, “Media+” İctimai Birliyinin Sosial Media Mərkəzi ilə birlikdə keçirdiyi sorğunun respondentlərindən biri də mən idim. Və heç şübhəsiz layiq olan şəxsə – Fidan Hacıyevava səs verdim.

Səkinə Babayeva (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri, Bakı Tekstil Fabrikinin direktoru):

Fidan Cəbiyeva bizim üzvümüzdür. Yenicə bu təşkilatın sıralarına qatılsa da, çox iddialı və aktivdir. Bir çox sahələrdə uğur qazanan xanım olaraq biz də onun fəaliyyətində yaxından maraqlıyıq. İnanırıq ki, əməkdaşlığımız uğurlu olacaq. Onun rəhbəri olduğu şirkət öz sahəsində nəinki Azərbaycanda, Cənubi Qafqazda lider şirkətlərdəndir. Kollektiv mübarizə ruhunu biznesdə uğurla sınaqdan çıxarmış Fidan xanımla birgə əməkdaşlığımızın uğurlu olacağına şübhə etmirəm.

Fidan Cəbiyeva gənclərə örnəkdir, uğur hekayəsi yaratmış bir xanımdır, heç də asan olmayan bir yol keçib. Bu yolda bütün çətinliklərə rəğmən, hədəfə çatmağı bacarıb. Hesab edirəm ki, bizlərin də iştirak etdiyi sosioloji sorğunun nəticələrinə görə, qalib olması çox sevindirici hadisədir. Onun fəaliyyətini yüksək qiymətləndirirəm. İnanıram ki, Fidan xanımın daha böyük uğurları hələ qarşıdadır.

Mətanət Ağamirli (Əməkdar jurnalist, tanınmış aparıcı):

Bu gün Azərbaycanda qadın sahibkarlığının inkişafından danışmağa kifayət qədər ciddi faktlar və əsaslar var. Dövlətimizin biznes mühitinin yaxşılaşdırılması, inkişafı üçün həyata keçirdiyi ardıcıl proqramlara cavab olaraq  bir çox sahibkar xanımlar da ölkə iqtisadiyyatının inkişafında fəallıq nümayiş etdirirlər. Əlbəttə bu mənzərə ürəkaçandır. Elə bir dövrdə yaşayırıq ki, cəmiyyətin düzgün təbliğata,  gerçək hekayələrə ehtiyacı var.

Yəni hər an rastlaşdığımız bayağılığın, mənfi stereotiplərin, layiq olmayanların lazımsız təbliğatını gerçəkdən cəmiyyətə, insanlara faydalı, uğur nümunələrinin təbliğatı ilə zərərsizləşdirmək olar. Bu baxımdan düşünürəm ki,  internet və sosial mediadan tanıdığımız sahibkar xanım Fidan Cəbiyevanın uğur hekayəsi tək onun deyil, elə bütün cəmiyyətin uğurudur. Bu uğurlara rəvac verən dövlətimə, prezidentimə təşəkkür edirəm.

Vüqar Oruc (İqtisadçı alim və ekspert, sahibkar):

Hər bir cəmiyyətin həyatında örnək insanlar olur. Fidan Cəbiyevanın həyatı ilə tanış olanda onunla öz taleyim arasında oxşarlıq gördüm. Eynən bizim kimi o da 0-dan şirkət qurmağı bacarıb. Yeganə fərq ondadır ki, onun uğurları daha böyükdür. Bu həyatı yaşamış və anlayışı olan biri olaraq demək istəyirəm ki, Fidan Cəbiyeva biznes-ledi olmaqla yanaşı, həm də bir fenomendir.

Çox şadam ki, artıq cəmiyyətimiz peşəkar insanlara layiqli qiymətini verir. Bu qiyməti Fidan xanım və əzmkar komandası birlikdə qazanıblar. Mən onlara uğurlar arzulayıram! Həm uğurlu iş xanımı, həm gözəl bəstəkar, həm də fəal ictimaiyyətçi olaraq Fidan xanımdan gözləntilərimiz böyükdür. İnanırıq ki, qarşıda dövrlərdə daha ciddi uğurlar əldə edəcək, bizi yeni-yeni layihələrlə sevindirəcək.

Azər Niftiyev (Jurnalist, biznes araşdırmaçı):

Xarici mətbuatı izləyərkən tez-tez qarşımıza çıxır ki, filan sahibkar 0-dan uğular qazandı və s. Bir çox hallarda startapçı gənclərə bu informasiyalar motivasiya verir. Belə insanları görmək, təcrübəsini əxs etmək çox gəncin arzudur. Bunun üçün okeanın o tayına, uzaqlara getmək lazım deyil. Fidan Cəbiyeva parlaq nümunədir. Onun hekayəsi ilə tanış olanda görürsən ki, doğrudan da örnək olacaq bir həyat yaşayıb.

O gözəl müsahibdir, bəstəkardır, ictimaiyyətçidir, xeyriyyəçidir, uğurlu iş adamıdır. Və bütün bunların öhdəsindən bir xanımın gəlməsi qürurvericidir.