Hərbi hissədə partlayışda yaralananlardan 28-i xəstəxanaya yerləşdirildi
Qazaxıstanın Jambıl rayonunda yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb.
Sfera.az xəsarət alan 28 nəfər xəstəxanaya yerləşdirilib.
Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev “Twitter” hesabında etdiyi paylaşımlarında yaralanaraq xəstəxanaya yerləşdirilənlərdən ən az 30-nun hərbi qulluqçu və fövqəladə hallar işçiləri olduğunu, partlayışın səbəblərinin araşdırıldığını qeyd edib.