“Hüquq fakültələrində tədris planının dəyişdirilməsi üçün işlər aparılmalıdır”.
Apress.az “Hukuki Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.
“Məhkəmə islahatı strategiyasına dair sənəddə hüquq dili məsələsinə xüsusi yer vermişik. Bu çərçivədə hüquq fakültələrində hüquqi türkcə, metodologiya, arqumentasiya və hüquqi antropologiya kimi dərslərin məcburi olmasına dair qanunvericilikdə dəyişikliklərin edilməsi, hüquq dilinin aydınlığını və anlaşılırlığını artırmaq üçün test imtahanı əvəzinə yazılı imtahanlara üstünlük verilməsi istiqamətində işlər görülməlidir”, – deyə nazir bildirib.