İcra başçısı həbs olunan rayonun mərkəzi xəstəxanasına direktor TƏYİN EDİLDİbackend
Cəmiyyət
322

İcra başçısı həbs olunan rayonun mərkəzi xəstəxanasına direktor TƏYİN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

APress.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əmr imzalayıb.

Əmrlə Şəmkir rayon Mərkəzi Xəstəxanası Publik Hüququ Şəxsə Emin İsmaylov direktor təyin edilib.

Emin İsmaylov bundan əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Şəmkir filialının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədov aprel ayında həbs edilib.(apa)