İctimai Birlik Şamaxı və İsmayıılı gənclərini bir araya gətirdi – FOTOLARbackend
Gənclik
322

İctimai Birlik Şamaxı və İsmayıılı gənclərini bir araya gətirdi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Valideyin Himayəsindən Məhrum Olan Uşaq və Gənclərə Yardım” İctimai Birliyi 29 aprel, 4 və 6 may tarixlərində Şamaxıda, 7, 11 və 12 may tarixlərində isə İsmayılıda “Gənclərin iqtisadi əmək fəaliyyətinin əsasları” adlı layihə həyata keçirib.

Layihə çərçivəsində gənclərə “İqtisadi inkişafa aparan yol”, “Liderlik fəlsəfəsi”, “Peşə fəaliyyətinə necə başlamalı” və “Biznesdə necə uğur qazanmaq olar” mövzuları üzrə təlimlər keçirilib. Peşəkar mütəxəssislər layihə iştirakçılarına biznesin qurulması və inkişafı barədə məlumat veriblər.

Təlim çərçivəsində gənclərlə təlimçilər arasında dialoq baş tutub, geniş fikir mübadiləsi aparılıb.