İlahə Səfərzadə “Naməlum məktub”la gündəmə gəldibackend
Cəmiyyət
505

İlahə Səfərzadə “Naməlum məktub”la gündəmə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc yazar İlahə Səfərzadə “Naməlum məktub” adlı yeni romanını oxucuların ixtiyarına verib.

 

Nəsr əsərində iki gəncin sevgi hekayəsindən bəhs olunur. Əsərin baş qəhrəmanı Aliyənin həyatında böyük dəyişikliklər baş verir. O, sevgilisindən ayrılır, ailə qurduğu şəxslə heç bir mənəvi bağları yoxdur, naməlum adamdan təhdid məktubları alır, üstəlik uşağını da qaçırıblar. Detektiv janrda yazılan romanda cəmiyyətdə müşahidə olunan sosial-psixoloji qayğılardan bəhs olunur, törətdiyi faciələr gündəmə gətirilir.

 

Bəs görəsən Aliyə bütün bu faciələri arxada qoya biləcəkmi? O, öz səhvini necə düzəldəcək? Bütün bu suallara yazıçı İlahə Səfərzadənin “Naməlum məktub” romanını oxuyub başa vurduqdan sonra cavab tapa biləcəksiniz.

 

Kitabı Kitabevim.az-dan və (012) 498 79 89 (055) 877 24 44 nömrələri ilə əlaqə saxlamaqla əldə etmək olar. Sayı məhduddur!