BRİCS-ə sədrlik edən Braziliya İndoneziyanın qrupa tamhüquqlu üzv kimi qoşulacağını açıqlayıb.
“Apress.az” xəbər verir ki, bu haqda Braziliya hökumətinin saytında qeyd olunub.
“BRİCS-ə sədrlik edən Braziliya hökuməti yanvarın 6-da İndoneziyanın təşkilata tamhüquqlu üzv kimi qoşulacağını elan etdi”, – bəyanatda deyilir.
Qeyd edək ki, hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri). BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.