“İqlim maliyyəsinə ehtiyac siyasi dəyişiklikdən asılı deyil”backend
Cəmiyyət
317

“İqlim maliyyəsinə ehtiyac siyasi dəyişiklikdən asılı deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il dünyada seçki ili olaraq xarakterizə olunur, 60-dan çox ölkədə seçkilər keçirildi. Bir çox ölkədə siyasi mənzərəni dəyişəcək nəticələr əldə olundu. Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və s. Digər heç bir seçkinin nəticələri prosesə təsir etmir”.

Bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ABŞ-də seçkinin nəticələrini, yeni prezident Donald Trampın Paris iqlim sazişindən yenidən çıxma ehtimalını şərh edərkən bildirib.

Baş danışıqçı qeyd edib ki, çox sayda insanı bir araya gətirən platforma hansısa dövlətin siyasətindən asılı deyil:

“Kimin seçilməsindən asılı olmayaraq, iqlim dəyişir. İqlim maliyyəsinə ehtiyac hansısa siyasi dəyişiklikdən asılı olmayaraq həmişə olacaq.

Bu baxımdan biz bu məsələyə konkret dövlətin və ya siyasi hakimiyyətin münasibəti nöqteyi-nəzərindən yox, ehtiyaclar və ehtiyacları qarşılamaq üçün olan siyasi qətiyyət nöqteyi-nəzərindən baxırıq”.

Günel İbrahimova