İş adamı və hüquqşunas Emin Əhmədov Afrikalı uşaqları sevindirdibackend
Cəmiyyət
2306

İş adamı və hüquqşunas Emin Əhmədov Afrikalı uşaqları sevindirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı iş adamı Emin Əhmədov Ramazan bayramı öncəsi Nigeriyada aclıqdan və səfalətdən əziyyət çəkən uşaqlar üçün bayram süfrəsi təşkil edib. Xeyriyyəçi fəaliyyəti ilə ad qazanan sahibkar bundan öncə Uqanda, Çad və Tanzaniyada yaşayan körpələr üçün xeyriyyə aksiyası təşkil etmişdi.

Xeyriyyə aksiyası ilə bağlı Apress.az-a danışan Emin Əhmədov bildirib ki, ehtiyacı olanları sevindirmək imkanı yetən hər kəsin borcudur: “Hamımız iftar süfrələrində sevdiklərimizlə birlikdə Ramazan ayının hüzur və bərəkətindən bizə də pay düşməsini səbirsizliklə gözləyirik. Amma bu gün dünyada elə ölkələr, elə xalqlar var ki, quru çörəyə möhtacdırlar. Afrika uşaqları da bu qəbildəndir. Qərara gəldim ki, “Ramazan ayının bərəkətində hər uşaq iftarda ət yeməlidir” kampaniyasına start verim. Kampaniya çərçivəsində bu artıq bizim dördüncü xeyriyyə aksiyamnızdır. Ramazan ayı qəlbimizdə xüsusi yer tutur. Hələ gənc ikən söz vermişdim ki, Allah öz bərəkətindən mənə də pay ayırsa, qara qitənin kasıb ölkələrindən olan uşaqları sevindirəcəyəm. Rəbbimizə şükürlər olsun ki, bu şansı bizə yetirdi. Sahibkar olmaqla yanaşı, həm də hüquqşünasam. Uşaq, xüsusən də səfalət içərisində yaşayan uşaqların hüquqlarının qorunması hər birimizin borcudur” – Əhmədov vurğulayır.

Əlavə edir ki, insanlıq baxımından yaşın heç bir fərqi yoxdur: “İstər yetkin kişi, istərsə də qadın. Ancaq ürəkdən empatiya ilə düşünəndə, deyək ki, cəmi 12 yaşınız var. Göy narıncıya çevrildi. Gün batımının hər fəsildə günəşin yandırdığı qitənin dinc rənginə büründüyü bir axşam Nigeriya küçələrində oynayan uşaqların evlərinin mətbəxlərindən yemək qoxusu gəlmir. Nə hiss edirsiniz? Sən uşaqsan və oruc tutursan. Siz aclıqla mübarizə aparırsınız! Əlləri öpülməli olan anaların Ramazanın ilk gecəsində iftar süfrəsi açıb övladlarını gözləmələrimi?! Axı onlar da anadır və övladlarını doyurmaq istəyirlər. Unutmaq olmaz ki, Ramazan sevinc və bərəkət ayıdır. Dinimizə görə, xüsusən uşaqları və kasıbları sevindirən bir aydır. Düşünürəm ki, biz uşaqlığımıza qayıdıb övlad və anaların hissləri ilə empatiya qursaq, sevinc ayının gözəlliyini daha yaxşı anlaya bilərik”.

Xeyriyyəçi qeyd edir ki, hüquqi nöqteyi-nəzərdən öndə gedən yolun xeyirxahlıqdan keçdiyini, uşaqları və anaları xoşbəxt etməyin vacibliyinni, yoxsulluğun vurduğu, aclıqla mübarizə aparan qaranlıq qitədə bunun nə qədər vacib olduğunu ifadə edir: “Bu bir həqiqətdir ki, bu gün Afrikada yoxsulluq və aclıq problem olaraq qalır. Lakin bu çətin şərtlərə baxmayaraq, biz uşaqlar və onların əlacsız anaları üçün ümid işığı olmalıyıq. Xeyirxahlıq və yardımsevərlik insanlığın ən təməl prinsiplərindəndir. Afrikada uşaqlarımızın, analarımızın üzündə gördüyümüz xoşbəxtlik bütün çətinliklərə dəyər. Ümidin yolu xeyirxahlıqdan keçir. Afrika ölkələri: Çad, Uqanda və Tanzaniyaya qədər uzanan geniş coğrafiyada yoxsul ailələrə və uşaqlara kömək etməyə çalışıram. Ramazan öncəsi bu aksiyanı Nigeriyada keçirdik. Afrika minlərlə ildir ki, müxtəlif köləlik formaları ilə mübarizə aparır və hələ də qida əldə etməkdə çətinlik çəkir. Yoxsulluq, səhiyyə, təhsil, miqrasiya, ekoloji problemlər və bir çox başqa problemlər qitənin sosial quruluşuna təsir edir. Xüsusilə analar və uşaqlar bu çətinliklərin ən böyük qurbanları arasındadır. Ramazandan əvvəl iftar süfrələrinin şorbasına azacıq da olsa duz qoysaydıq nə qədər sevinərdik.” – Əhmədov fikrini tamamlayır.