İş adamı yüzlərlə tələbəni başına topladı – Gülpəri Bayramova master-klass keçdi (FOTOLAR)backend
Gündəm
679

İş adamı yüzlərlə tələbəni başına topladı – Gülpəri Bayramova master-klass keçdi (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Agromix” şirkətinin təsisçisi, aqrar ekspert Gülpəri Bayramova Azərbaycan Texniki Universitetinin (ATU) akt zalında universitetin tələbələri ilə görüş keçirib. “Agromix” şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, görüşdə universitetin 100-dən artıq tələbəsi iştirak edib.

“Biznesdə necə uğur qazanmaq olar” təlimi ilə tələbələrin qarşısına çıxan xanım sahibkar rəhbəri olduğu şirkətin fəaliyyət istiqamətləri ilə bağlı iştirakçıları məlumatlandırıb. O bildirib ki, 2019-cu ildə ərsəyə gətirdikləri şirkət qısa müddət ərzində populyarlıq qazanmağa müvəffəq olub. Onun sözlərinə görə, paytaxtın aparıcı marketlər şəbəkəsini meyvə-tərəvəz məhsulları ilə təhciz edən “Agromix” idxal, ixrac və əkinçilik fəaliyyəti ilə də məşğuldur.

Şirkət rəhbəri qeyd edib ki, sahibi olduğu şirkət noyabrın 17-si və 18-də İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun əsas tərəfdaşı olub. Tədbirdə Türkiyə prezidentinin forum iştirakçılarına müraciəti oxunub, dünyanın müxtəlif ölkələrindən nazirlər, sahibkarlar və startapçılar forumda nitq söyləyib. Noyabrın 23-də isə Bakı Konqress Mərkəzində AQSİA tərəfindən təşkil edilən “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı 5-ci Forumda panel çıxışı nəzərdə tutulub.

Azərbaycan Sahibkarlar Konfedrasiyasının (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) fəal üzvü olduğunu söyləyən spiker əlavə edib ki, yaxın günlərdə rəhbəri olduğu biznes klub fəaliyyətə başlayacaq. Klubda müxtəlif sahələrdə çalışan iş adamlarının, ixtiraçıların, startapçıların, habelə sahibkar olmaq istəyən gənclərin təmsil olunacağını deyən natiq Azərbaycan Texniki Universitetinin (ATU) tələbələrini də qurumun fəaliyyətində aktiv iştiraka dəvət edib.

Tələbələrlə qarşılıqlı dialoq şəraitində davam edən görüşdə Gülpəri Bayramova onlarla əməkdaşlıq perspektivlərini nəzərdən keçirib və gənclərə öz tövsiyyələrini verib. Tədbirin yekununda Azərbaycan Texniki Universitetinin (ATU) rektoru, professor Vilayət Vəliyevlə xanım iş adamı arasında görüş baş tutub. Universitet rəhbərliyinə yaratdıqları şəraitə görə təşəkkür edib və öz növbəsində rektor da bu cür təlimlərin xüsusi əhəmiyyətini diqqətə çatırıb.