“İŞİD rəhbərliyini vurmaq üçün plan hazırlamağı əmr etdim” – Baydenbackend
Dünya
349

“İŞİD rəhbərliyini vurmaq üçün plan hazırlamağı əmr etdim” – Bayden

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Silahlı Qüvvələri “İŞİD” terror təşkilatının bir qolu olan “Xorasan İslam Dövləti”nin mövqelərinə zərbə endirmək planları hazırlayacaq”.

Unikal.org  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Kabildə baş verən terror aktı ilə əlaqədar Ağ Evdə çıxışı zamanı bildirib.

“Mən komandirlərimə Xorasandakı hədəfləri və “İŞİD” rəhbərliyini vurmaq üçün əməliyyat planları hazırlamağı əmr etdim. Onlara güc və dəqiqliklə reaksiya verəcəyik”, – deyə Bayden vurğulayıb.

ABŞ lideri deyib ki, bu kimi terror hadisələrinin baş verəcəyi istisna edilmir:

“Hələlik, bu gün baş verənləri və gələcəkdə də davam etməsi gözlənilənləri həyata keçirmək üçün “Taliban” və İŞİD arasında bir sui-qəsd planının olduğuna dair heç bir dəlil, sübut yoxdur”.