İsrail Prezidenti İsxak Hersoq AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.
Apress.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
“Bu gün səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları”nın Bakıdan uçan təyyarəsinin dəhşətli faciəsi məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş şəxslərə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm”, – İsrail Prezidenti qeyd edib.