İstanbulda unikal təhsil imkanları – SİYAHIbackend
Təhsil
1287

İstanbulda unikal təhsil imkanları – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTANBULDA TƏHSİL 

Türkiyənin ən böyük şəhəri. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə “Avrupa Yakası”, Asyadakı hissəsinə isə “Asya Yakası” deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 rayondan ibarətdir. Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir.

İstanbul tarixi abidələri və bədii əsərlərin olması səbəbindən məşhur turizm mərkəzlərindən biridir. 2011 ci ildə şəhəri 8 milyondan çox turist ziyarət etmişdir.

İstanbul görməli yerləri: 

  1. Dolmabağça sarayı
  2. Bəylərbəyi sarayı
  3. Topqapı sarayı
  4. Ulduz sarayı
  5. Qalata qülləsi
  6. Taksim meydanı
  7. Gülhane parkı
  8. Sultanəhməd meydanı
  9. Bakırköy Azadlıq meydanı
  10. 15 İyul Şəhidlər körpüsü
  11. Bəyazid meydanı

İstanbulda 8-si dövlət, 27-ü özəl olmaqla, ümumilikdə 35 universitet var. Xüsusilə, dövlət təhsil müəssisələri ölkədə ən görkəmli və yaxşı təchiz olunmuş universitetlərdən biridir. Ancaq son illərdə özəl universitetlərin sayı artmışdır. Türkiyənin ən köhnə 3 dövlət universitetindən ikisi İstanbulda yerləşir. İstanbul Universiteti 1453-cü ildə qurulmuşdur və Türkiyənin ən qədim universitetidir. İstanbul Texniki Universiteti (1773-cü ildə) dünyanın dördüncü ən köklü texniki universitetidir və tamamilə mühəndislik elmlərinə həsr olunmuşdur. İstanbuldakı digər məşhur dövlət universitetləri: Boğaziçi Universiteti, Memar Sinan Gözəl Sənətlər Universiteti, Ulduz Texniki Universiteti və Mərmərə Universitetidir. Bundan əlavə, ölkədəki ən qədim 5 təməlli özəl universitetdən üçü bu şəhərdə yerləşir. Bunlar 1992-ci ildə əsası qoyulmuş Koç Universiteti, Sabancı Universiteti və İstanbul Bilgi Universitetidir.

Demək olar ki, İstanbuldakı bütün özəl lisey və universitetlərdə İngilis, Fransız və Alman dilləri, ana xarici dil və ya ikinci xarici dil təhsili verilir.

İstanbulda bakalavr və magistratura təhsili almaq istəyən şəxslər üçün qəbul ala biləcəyimiz Dövlət və Vakıf Universitetləri:

Dövlət Universitetləri 

  1. İstanbul Dövlət Universiteti
  2. Yıldız Teknik Universiteti
  3. İstanbul Teknik Universiteti
  4. İstanbul Medeniyyet Universiteti
  5. Marmara Universiteti
  6. Mimar Sinan Güzel Sanatlar Universiteti
  7. Galatasaray Universiteti
  8. Türk – Alman Universiteti

Vakıf Universitetləri 

  1. Koç Universiteti
  2. Sabancı Universiteti
  3. Kadir Has Universiteti
  4. Özyeğin Universiteti
  5. Maltepe Universiteti
  6. İşık Universiteti
  7. Beykoz Universiteti
  8. Beykent Universiteti
  9. Doğuş Universiteti
  10. Nişantaşı Universiteti
  11. Üsküdar Universiteti
  12. Haliç Universiteti
  13. Fenerbahçe Universiteti
  14. İstanbul Kent Universiteti
  15. İstanbul Ticaret Universiteti
  16. İstanbul Bilgi Universiteti
  17. İstanbul Kültür Universiteti
  18. İstanbul Esenyurt Universiteti
  19. İstanbul Galata Universiteti
  20. İstanbul Arel Universiteti
  21. Altınbaş Universiteti
  22. Bahçeşehir Universiteti
  23. İstanbul Aydın Universiteti
  24. Biruni Universiteti
  25. İstanbul Okan Universiteti
  26. Piri Reis Universiteti
  27. Acibadem Universiteti

Xaricdə təhsil almaq istəyən abituriyent və tələbələr üçün unikal fürsət! 

Peşəkar ixtisas seçimi, asan və rahat sənədləşdirmə, ödənişsiz konsultasiya, endirimli təhsil, səyahət və karyera imkanları – hamısı bir arada. “Ege Group”la yola çıxın, bizə güvənin və biz sizin üçün istədiyiniz universitetdən tələbə adını qazanaq! Qəbulun alınması, təqaüd proqramlarına müraciət, yerləşdirmə prosesi, yataqxana və ya mənzil təminatı, daimi qeydiyyatın təşkili, təhsil müddəti ərzində bələdçilik! Bütün bunlara yalnız bircə zənglə nail ola bilərsiniz! Minə yaxın abituriyentin təhsil almasına vasitəçilik və lobbiçilik edən “Ege Group” üç ölkədə fəaliyyət göstərir və peşəkar komandası ilə sizin xidmətinizdədir! Sizin Türkiyə və Avropa universitetlərində təhsil almanıza zəmanət verən “Ege Group” yüzlərlə universitetin partnyor şirkətidir. 2021-ci ilin yekunlarına görə, “İlin xaricdə təhsil şirkəti” seçilən “Ege Group” olaraq onlarla məzunumuzun xaricdə parlaq karyera qurması ilə qürur duyuruq!

İstanbul və Bakı ofisimiz siz dəyərli abituriyent və tələbələrə xidmət göstərməyə hər zaman hazırdır.

Siz yalnız müraciət edin, gerisi isə bizlikdir.

Bizimlə Əlaqə:  +994 77 723 20 23 | www.egegroup.az | [email protected]