İyulda bu ərzaqlar ucuzlaşıbbackend
İqtisadiyyat
393

İyulda bu ərzaqlar ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq ikinci aydır ki, qlobal ərzaq qiymətlərində enmə müşahidə olunur.

APress.az BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına istinadən bildirir ki, 2021-ci ilin iyulunda Qlobal Qida Qiymətləri İndeksi 1,2 faiz azalaraq 123-ə düşüb. İndeks iyunda 124,6, mayda 127,8 idi.

Aylıq müqayisədə ərzaq qiymətləri düşsə də, illik müqayisədə 31 faiz artım qeydə alınıb. İyulda qida məhsullarının ucuzlaşmasına taxıl, bitki yağları və süd məhsullarının dəyərinin enməsi təsir göstərib.

Qiyməti yüksələn əsas ərzaq məhsulları arasında isə ət və şəkər var. Ardıcıl on aydır ki, ət bahalaşır. Şəkərdə bahalaşma isə dörüdüncü aya keçib.