Jurnalist Zaur Mirzə-zadənin vəkili Bakı Apellyasiya Məhkəməsinin hökmündən hüquqazidd faktları açıqladı-QƏRAR LƏĞV OLUNMALIDIR-VİDEObackend
Cəmiyyət
1369

Jurnalist Zaur Mirzə-zadənin vəkili Bakı Apellyasiya Məhkəməsinin hökmündən hüquqazidd faktları açıqladı-QƏRAR LƏĞV OLUNMALIDIR-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi Xalq.az və Bakutime.az saytlarının baş redaktoru Zaur Mirzə-zadə törətmədiyi əmələ görə məhkum həyatı yaşayır. Bunu jurnalistin vəkili Kamran Musayev İnter.az açıqlamasında bildirib. Vəkil Kamran Musayev bildirib ki, 2015-cı ildə 4 işbaz barəsində başladılan cinayət işinə Zaur Mirzə-zadə 2021-ci ildə böhtan xarakterli ifadələrə əsaslandırılaraq cavabdeh kimi cəlb edilmişdir. Zaur Mirzə-zadə barəsində başladılan cinayət işi müstəntiq tərəfindən cəmi 4 işgünü ərzində araşdıırılaraq Bakı Ağır Cinayətlıər Məhkəməsinə göndərilmişdir. İbtidai istintaq Zaur Mirzə-zadəni mülahizələrə əsaslanaraq təqsirləndirilən şəxs kimi tanıyıb. Bakı Ağır Cinayətlər Məhkəməsində 7 ay davam edən məhkəmə istintaqında təkzibolunmaz sübutlarla onun günahsız olduğu aşkar olunmuş, araşdırılan cinayət işi ilə heç bir əlaqəsi olmadığı məlum olmuş və Zaur Mirzə-zadəyə BƏRAƏT verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov heç bir hüquqi sübut olmadan ibtidai istintaqın şəxsi mülahizələrini əsas götürmüş, saxta faktlarla onu 5 il müddətinə azadlıqdan məhrum edərək ədalətsiz qərar vermişdir. Vəkil Kamran Musayev qeyd edir ki, Zaur Mirzə-zadəyə oxunan hökmlə razı deyilik. Ali Məhkəməyə əsaslandırılmış və təkzibolunmaz sübutlarla onun ittiham olunduğu cinayət əməlini törətməməsini hüquqi faktlarla kassasiya şikayəti vermişik. İnanırıq ki, Ali Məhkəmə hakim Faiq Qasımovun qərarını ləğv edərək ədalətli qərar qəbul edəcək və cinayəti törətmişlər hüquqi cəzalarını alacaqlar. Vəkil Kamran Musayevin müsahibəsini təqdim edirik: