Kabildəki partlayışlarda ölənlərin sayı 110 nəfərə çatdıbackend
Dünya
271

Kabildəki partlayışlarda ölənlərin sayı 110 nəfərə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə dünən axşam tördilən partlayışlar nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə “RİA Novosti” Əfqanıstanın Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Daha əvvəl Səhiyyə Nazirliyi ümumilikdə 1338 zərəçəkənin olduğunu, o cümlədən 103 nəfərin öldüyünü açıqlamlşdı.

Qeyd edək ki, dünən Kabil hava limanı yaxınlığında silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti “İŞİD” öz üzərinə götürüb. Hücumda 13 Amerika əsgəri həyatını itirib. Əfqanıstanda hakimiyyəti ələ alan “Taliban” hərəkatı hadisəni qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunacağına söz verib.