“Kabildəki terroru lənətləyirik” – Ərdoğanbackend
Dünya
404

“Kabildəki terroru lənətləyirik” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfqanıstanın paytaxtı Kabildə dünən törədilən terror hücumunu lənətləyir və qınayırıq”. Bu hücumlar “İŞİD” tərəfindən həyata keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə Atatürk Hava Limanındakı çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “İŞİD”in belə bir prosesdə bu addımı atması bölgədə və dünyada nə dərəcədə təhlükəli olduğunu ortaya qoyur.

“20 il ərzində Əfqanıstan xalqının sülh və əmin-amanlığına əhəmiyyətli töhfələr verdik. Əfqanıstanda prioritetimiz vətəndaşlarımızın təxliyəsidir. Türk Silahlı Qüvvələri şəxsi heyətinin Əfqanıstandakı təxliyəsi davam edir. Evakuasiyanı ən qısa zamanda tamamlayacağıq”, – Ərdoğan deyib.