Kamran Əliyev Salyanda qəbul keçirəcəkbackend
Cəmiyyət
286

Kamran Əliyev Salyanda qəbul keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş prokuror Kamran Əliyev yanvarın 10-da, saat 10:00-da Salyanda vətəndaş qəbulu keçirəcək.

“Apress.az” xəbər verir ki, Salyan Rayon Prokurorluğunun inzibati binasında keçiriləcək qəbulda Salyan, Biləsuvar, Neftçala, Hacıqabul rayon və Şirvan şəhər sakinləri iştirak edə bilər.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Salyan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.