“Kapital Bank” tənqid edildi: “Bir bank ki, öz bankomatından pul çəkəndə də faiz çıxır”backend
Cəmiyyət
375

“Kapital Bank” tənqid edildi: “Bir bank ki, öz bankomatından pul çəkəndə də faiz çıxır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Kapital Bank”ı tənqid edib.

 

Pravda.az-ın xəbərinə görə, T.Qulami həmin bankın müştərisi olmaqdan imtina etdiyini bildirib.

 

 

“Bir bank ki, öz bankomatından pul çəkəndə də faiz çıxır, dəfələrlə 18 faiz ƏDV-ni bəhanə edib də, məsəlçün müəyyən məbləğ üçün 30 qəpik 18 faiz ƏDV çıxılmalıdırsa, onun əvəzinə 59, 70, 80 və s. qəpik çıxırsa, o bank da oğurluqla məşğuldur. İnsanların cibinə haramlıqla girmək bu ölkədə vərdiş halını alıb, təəssüf. Başım qarışıqdır sadəcə, sizi məhkəməyə verib, bu ölkə məhkəməsində uduzub, Avropa Məhkəməsinə üz tutarıq, eybi yox… Aşağısı, tanıdığım 5 vətəndaş sizin bu qanunsuzluğunuzdan şikayətdədir. Bir bank niyə öz bankomatından pul çıxaranda da faiz çıxsın ki?” – o qeyd edib.