“Kapital Bazarı: Əsas Prinsiplər və Fundamental Biliklər” mövzusunda seminar keçirilibbackend
İqtisadiyyat

“Kapital Bazarı: Əsas Prinsiplər və Fundamental Biliklər” mövzusunda seminar keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) təşkilatçılığı ilə yerli media nümayəndələri üçün “Kapital Bazarı: Əsas Prinsiplər və Fundamental Biliklər” mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi kapital bazarı barədə dərin və əhatəli məlumatı media nümayəndələri ilə bölüşmək, həmçinin bu sahədə maarifləndirmə prosesinin əhatə dairəsini genişləndirmək idi.

Seminar zamanı iştirakçılara AFBİA-nın icraçı direktoru Murad Yəhyayev yerli kapital bazarının ekosistemi, kapital bazarında qanunvericilik və tənzimləmə çərçivəsi barədə, Bakı Fond Birjasının Listinq şöbəsinin baş məsləhətçisi Fərhad Mansurov və Məhsul İnkişafı Şöbəsinin aparıcı iqtisadçısı Ülkər Əhmədova qiymətli kağızların fond birjasında ticarətinə dair məlumatı, həmçinin qlobal və Azərbaycan üzrə makroiqtisadi və kapital bazarı trendlərinə aid bulleteni media nümayəndələrinə təqdim etdi. Bundan əlavə, ABB İnvest investisiya şirkətinin nümayəndəsi investisiya şirkətlərinin fəaliyyəti və İPO (İlkin İctimai Təklif), İnvest AZ investisiya şirkətinin əməkdaşı Rövşən Məmmədov isə beynəlxalq birjalar barədə – forex, əmtəə birjası haqqında məlumatı iştirakçılara təqdim etdi.

Tədbir müzakirələrlə yekunlaşdı və iştirakçılar mövzu ilə bağlı suallarını mütəxəssislərə ünvanlamaq imkanı əldə etdilər. Sonda seminar iştirakçıları sertifikatla təltif olundular.

Media nümayəndələri üçün belə seminarların keçirilməsi onların kapital bazarı sahəsində məlumatlılığını artırmaqla yanaşı, iqtisadi mövzularda daha dolğun və dəqiq məlumatların cəmiyyətə çatdırılmasına xidmət edir.

// APress.az