Kəbənin örtüyü Azərbaycana gətirilib – FOTObackend
Cəmiyyət
291

Kəbənin örtüyü Azərbaycana gətirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçərişəhərdə yerləşən “Tolerantlıq Evi” Azərbaycanın tolerantlıq tarixini əks etdirən maraqlı nümunələrlə zəngindir.

“Tolerantlıq Evi”ndə 3 ənənəvi dinin – İslam, xristian və yəhidi dininin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar nümayiş etdirilir.
Apress.az-ın məlumatına görə, “Tolerantlıq Evi”ndə nümayiş etdirlən maraqlı nümunələrdən biri vaxtilə müqəddəs Kəbənin üzərinə salınmış örtükdür. Kəbənin üzərindən çıxarılmış həmin örtük Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadəyə hədiyyə olunub. Şeyx isə örtüyü “Tolerantlıq Evi”nə bağışlayıb.

Kəbə evinin üzərindəki ipək örtük kisvə adlanır. İpək parçadan hazırlanan örtüyün üzərinə qızıl və gümüş saplarla Qurani-Kərimdən ayələr yazılır, naxışlar vurulur.

İslamın ilk dövrlərindən etibarən hər il həyata keçirilən Həcc mövsümündə – Qurban bayramı ərəfəsində Kəbənin üzərinə təzə kisvə örtülür. Kişvə Səudiyyə Ərəbistanında xüsusi fabrikdə hazırlanır.

Kisvənin ümumi ağırlığı 600 kiloqrama yaxındır, onun hazırlanmasında 120 kq qızıl və 100 kq gümüş sapdan istifadə edilir. Bu örtük 200 nəfərin çalışdığı xüsusi fabrikdə 8 ay ərzində toxunub başa çatdırılır.

Hər il Həcc mövsümü ərəfəsində köhnə kisvəni kiçik hissələrə bölüb, onları İslam aləmi üçün mühüm xidmətlər göstərən nüfuzlu və hörmətli şəxslərə hədiyyə edirlər.

Qeyd edtdiyimiz kimi, Kəbənin üzərindən çıxarılmış örtüyün hissələrindən biri də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə hədiyyə olunub. QMİ-dən hədiyyənin Şeyxülislam Allahşükür Paşazadəyə bir neçə il əvvəl verildiyi bildirilib.

İçərişəhərdəki “Tolerantlıq Evi” bu il noyabrın 16-da Beynəlxalq Tolerantlıq Günündə açılıb.