Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun öz bacanağını tenderdə qalib etməsi ilə bağlı məlumat yayılıb.
APress.az xəbər verir ki, bu barədə xaricdə yaşayan jurnalist Həbib Müntəzir məlumat yayıb. O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsinin tenderi müsabiqəsinin qalibi olan “CBS-PP” MMC şirkəti nazir Kəmaləddin Heydərovun bacanağı Hikmət İsmayılova məxsussdur:
“FHN-nin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “CBS-PP” MMC adlı şirkət olub. Şirkət idarəyə 300 min manatlıq mətbəə məhsulları satacaq. Şirkətin rəhbəri kim olsa yaxşıdır? Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun bacanağı Hikmət Əbuzər oğlu İsmayılov. O həmçinin “AFB Bank” ASC və “AzSigorta” ASC-nin əsas səhmdarıdır”.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.