Kərə yağının istehsalı və idxalı artır, amma qiymətlər DÜŞMÜRbackend
İqtisadiyyat

Kərə yağının istehsalı və idxalı artır, amma qiymətlər DÜŞMÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir ildə Azərbaycanda kərə yağı qiymətlərində nəzərəçarpan artım müşahidə edilir. Bahalaşmanın istehsalın və idxalın rekord səviyyəyə çatdığı bir dövrdə baş verməsi diqqət çəkir.

Məhsul bolluğu şəraitində qiymətlərin azalması gözlənilsə də, Azərbaycanda kərə yağı qiymətləri nəinki sabit qalır, hətta bahalaşmağa davam edir.

2024-cü ildə Azərbaycanda kərə yağının idxalında rekord səviyyədə artım olub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il xarici ölkələrdən Azərbaycana kәrә yağı vә süddәn hazırlanmış digәr yağların idxalı 78,4 faiz artıb. 2024-cü ildə Azərbaycana 173,6 milyon dollar dəyərində 29,6 min ton kərə yağı gətirilib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə 92,4 milyon dollar dəyərində 16,6 min ton kərə yağı idxal olunub. Dəyər ifadəsində artım daha yüksək olub -88 faiz.

Kərə yağı idxalının belə yüksək səviyyədə artması sonuncu dəfə 1996-cı ildə qeydə alınıb. Həmin il idxal 87,1 faiz olmuşdur. Ümumiyyətlə son 30 ildə xaricdən Azərbaycana kərə yağının idxalında həm artım, həm də azalmalar müşahidə olıunub.

Son 30 ildə kərə yağı idxalında ən çox azalma 1997-ci ildə qeydə alınıb. Həmin il əvvəlki ilə nisbətən 64,2 faiz az yağ gətirimişdi. Ən az azalma isə 2017-ci ildə olub cəmi 3,9 faiz. İdxalda ən az azalma 2016-cı ildə qeydə alınıb- 4,1 faiz

Artan illər:

İl

Miqdar (ton)

Artım  (%)

1996

22001

87,1

2001

7914

33,6

2002

12576

59,3

2005

8021

20,9

2008

7109

62,5

2009

10561

48,6

2012

10715

27,9

2014

9839

17,6

2015

13794

40

2016

14365

4,1

2019

14032

16

2020

16806

19,7

2022

18563

23,6

2024

29611

78,4

Azalan illər:

İl

Miqdar (ton)

Azalma (%)

1995

11764

-20,8

1997

7887

-64,2

1998

8144

-3,3

2000

5 926

-30,7

2003

10202

-18,9

2004

6635

-34,7

2006

4208

-47,5

2011

8368

-25,6

2013

8367

-22

2017

13811

-3,9

2018

121153

-12,3

2021

15034

-10,5

2023

16597

-10,6

Göründüyü kimi  müstəqillik illərində Azərbaycana kərə yağı ən çox 2024-cü ildə olub.

Bəs bu müddətdə yerli istehsal necə olub? Göstəricilərə nəzər salaq.

1995-2004-cü illərdə  Azərbaycanda kərə yağı istehsalı 42 faiz çox artaraq 10 min tondan 14 min tona yüksəlib.

İllər 1995 1996 1997 1998 1999 2000 2001 2002 2003 2004
Kərə yağı, min ton

10

10,9

10,8

11,7

12,2

12,8

13,3

14,0

14,0

14,2

2005-2014-cü illər kərə yağı istehsalında böyük artımın yaşandığı bir dövr olub. 2005-ci ildən 2014-cü ilə qədər istehsal 14,2 min tondan 23,4 min tona yüksəlib. 10 il ərzində Azərbaycanda kərə yağı istehsalı 65 faiz artıb.

İllər 2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014
Kərə yağı, min ton

14,2

14,3

14,4

14,1

20,7

20,9

21,1

21,8

21,9

23,4

 

2015-2024-cü illərdə istehsal artsa da artəm tempi zəifləyib. Hətta 2018 və 2022-ci illərdə istahsalda azalmalar olub.

2024-cü ildə Azərbaycanda kərə yağı istehsalı rekord səviyyədə olub –  29,6 min ton. Maraqlıdır ki, ölkıədə rekord səviyyədə kərə yağı istehsal edildiyi il idxalda da rekord səviyyə qeydə alınıb.

İllər 2015 2016 2017 2018 2019 2020 2021 2022 2023  

2024

Kərə yağı, min ton

23,9

25,6

25,3

23,6

25,3

25,8

27,0

25,9

27,0

29,6

Maraqlıdır yağ istehsalı və idxalı rekord səviyədə artır. Niyə?  Bəlkə ixracımız artır? İxrac göstəricilərinə də nəzər salaq.

2024-cü ildə ölkədən 78,4 milyon dollar dəyərində kərə yağı ixrac edilib. 2023-cü ildə isə bu göstərici 7 milyon dollar olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İxrac icmalında məlumat verilib. Beləliklə 1 ildə kərə yağı ixracı düz 11,2 dəfə artıb.

Mütəxəssislər ixracın kəskin artımını Rusiyaya təkrar ixracla  əlaqələndirirlər.  Bu artım indi də davam edir.

Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin (“Rosselxoznadzor”) məlumatına görə təkcə bu ilin yanvarında Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur.

Ümumiyyətlə son 1 ildə Azərbaycanda kərə yağı qiymətlərində 30 faizdən çox artım müşahidə edilib. Əvvəllər 19 manata satılan kərə yağı indi alıcılara 24 manata təklif olunur.  Məsələnin maraqlı tərəfi odur ki, qiymətlər istehsalın və idxalın rekord səviyyədə olduğu bir dövrdə artıb. Əslində məhsul bolluğu şəraitində qiymətlər düşməli idi.

Araşdırmalar göstərir ki, kərə yağı ölkə daxilində özümüzə çatmır, amma Rusiyaya ixrac olunur. Azərbaycanlı sahibkarlar rusiyada kərə yağına olan tələbi nəzərə alaraq, onu qoonşu ölkəyə daha yüksək qiymətlə satmağı üstün tuturlar. Bu vəziyyət yerli bazarda qiymətlərin yüksək qalmasına səbəb olur.

Ölkənin ərzaq balansına nəzər salanda məlum olur ki, Azərbaycanda kərə yağı ehtiyatı son 5 ildə 38 min tondan 46 min tona yüksəlib. Bunun təxminən 60 faizi yerli istehsalın payına düşür. 2088-ci illə müqayisədə azərbaycanda kərə yağı ilə özünütəminetmə səviyyəsi 84 faizdən 2023-cü ildə 64 faizə düşüb. Hazırda adambaşına kərə yağı istehlakı ildə 4 kiloqram təşkil edir.

//APress.az