Kobaxidzedən Makrona – Məsləhətbackend
Cəmiyyət
225

Kobaxidzedən Makrona – Məsləhət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Gürcüstanda seçki prosesi çərçivəsində qeyri-sabitlik yaratmağa çalışmasına dair açıqlamasına münasibət bildirib. 

“Apress.az” xəbər verir ki, Kobaxidze bu barədə jurnalistlərə açıqlamasında danışıb və Makrona Ukraynadakı hadisələri izləməyi tövsiyə edib:

“Qoy Fransa prezidenti məhv edilmək üçün qurban verdikləri Ukraynanı izləsin. Mən real problem olan məsələdən danışıram. Yalanı şərh edə bilmərəm. Mən bu gün hamının üzləşdiyi problemi şərh edirəm və bu, Ukraynanın məhv edilməsidir”.

Qeyd edək ki, yanvarın 6-da E.Makron Rusiyanın öz qonşularına qarşı münasibətdə “daha aqressiv” olduğunu deyib və nümunə olaraq 2024-cü il oktyabrın 26-da Gürcüstanda baş tutan parlament seçkilərini göstərib.