Koronavirus xəstəsinə at və inəklər üçün istifadə olunan dərmanlar veriləcəkbackend
Dünya
544

Koronavirus xəstəsinə at və inəklər üçün istifadə olunan dərmanlar veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da bir qadın koronavirusa yoluxan ərinə atlar üçün istifadə edilən dərmanın verilməsini istəyib.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın at və inək kimi heyvanlara verilən “Ivermectin” adlı parazit dərmanının əri üçün də tətbiq edilməsi ilə bağlı tələb irəli sürüb.
Ərinin ölümün pəcəsində olduğunu deyən qadın bu dərmandan başqa əlacın olmadığını əsas gətirərək məsələ ilə bağlı məhkəməyə də müraciət edib. Hakim qadının istəyinə uyğun olaraq həftədə 30 ml qram dərmanın istifadəsinə icazə versə də, həkimlər bu göstərişi yerinə yetirməyiblər.
Qeyd edək ki, ABŞ-da “Ivermectin” adlı dərman bəzi insanlar tərəfindən koronavirusun qarşısını almaq və xəstəliyin müalicəsində istifadə olunur.
Amerika Birləşmiş Ştatları Qida və Dərman İdarəsi (FDA) keçən həftə sözügedən dərmandan istifadəsini dayandırmaqla bağlı əhaliyə müraciət ünvanlayıb.