Koronavirusdan evdə müalicə alanlar şəxslərə XƏBƏRDARLIQbackend
Cəmiyyət
302

Koronavirusdan evdə müalicə alanlar şəxslərə XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirusun Delta ştammı sürətlə yayılsa da, burada ağırlaşma və ölüm faizi digər ştammlardan aşağıdırş İnsanlara tövsiyə edərdim ki, simptomlar görüləndə test verib, həkim məsləhəti ilə müalicə olunsunlar. İnsanlar özlərini evdə müalicə etməsinlər”.

APress.az xəbər verir ki, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real TV-yə müsahibəsində bildirib.

Nazir müavini əlavə edib ki, hazırda koronavirusun müalicəsi üçün ayrılan xəstəxanalarda çarpayı fondunun doluluğu 50 faizə çatmır: “Hazırda ölkədə aktiv koronavirus xəstələrin sayı 30 mindən artıqdır. Onların hamısı heç də stasionar şəraitdə müalicə almırlar. Bir qismi reanimasiya şöbəsində, digər qismi adi şəraitdə, digər qismi isə evdə müalicə alır”.