Koronavirusla bağlı əlavə məhdudiyyət qüvvəyə mindi: “Kafe və restoranlar…”backend
Cəmiyyət
331

Koronavirusla bağlı əlavə məhdudiyyət qüvvəyə mindi: “Kafe və restoranlar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Gürcüstanda kafe və restoranlar saat 23:00 əvəzinə saat 22:00-da bağlanacq.

APress.az xəbər verir ki, bu barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Bununla yanaşı, qida obyektlərində pandemiya dövrünün tələblərinə əməl olunmasına ciddi nəzarət davam etdiriləcək.
Digər qərarla sentyabrın 2-də Batumidə futbol üzrə dünya çempionatının seçim mərhələsi çərçivəsində keçiriləcək Gürcüstan-Kosovo matçına tamaşaçılar buraxılmayacaq.
Qeyd edək ki, qonşu ölkədə ağır epidemioloji vəziyyət hökm sürür. COVID-19-a gündəlik yoluxma sayı 5-6 min təşkil edir, ölüm halları kəskin artıb.
(Bizim.Media)